Sumqayıtda “Dulusçuluq” üzrə master-klas olacaq. Bu barədə 14 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Ustad dərsini “Günəşim” Kukla Teatrı təşkil edir. İştirakçılar düzəltdikləri saxsı qabları özləri ilə apara bilərlər. Biletin qiyməti 15 manatdır. Yalnız öncədən və onlayn almaq olar. Master-klas yaşı 4-dən yuxarı uşaqlar və böyüklər üçün nəzərdə tutulub.
Tarix: 21 yanvar;
Vaxt: 14:00;
Məkan: Gənclər Evi (5-ci mikrorayon);
Əlaqə nömrəsi: (077) 767-12-72.