G
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Sumqayıtda əmək yarmarkası təşkil olunacaq. Sumqayıt24 bu haqda 19 iyul tarixində Dövlət Məşğulluq Agentliyinə (DMA) istinadən xəbər verir.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləq, CV-lərini gətirmələri isə arzuolunandır.
Vakansiyalar:
- Kiçik merçendayzer;
- Kiçik satış nümayəndəsi;
- Satış üzrə nümayəndə;
- Sifariş toplama operatoru;
- Keyfiyyətə nəzarət üzrə mütəxəssis;
- Avtomatlaşdırma mühəndisi;
- Mikrobioloq;
- Kimyaçı mühəndis;
- Sürücü;
- Sürücü köməkçisi.
Əmək yarmarkası 22 iyul saat 10:00-13:00-da Abşeron-Xızı Regional Məşğulluq filialında (9-cu mkr.) keçiriləcək.