Sumqayıtda "Autizmdə erqoterapiyanın əhəmiyyəti" adlı seminar baş tutacaq. Bu barədə 15 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Ödənişsiz təlimdə autist uşaqların valideynləri, erqoterapist mütəxəssislər və erqoterapiya ilə maraqlanan hər kəs iştirak edə bilər. Seminar erqoterapist Zəkiyyə İsmayılova tərəfindən həyata keçiriləcək.
Tarix: 29 oktyabr;
Vaxt: 11:00 - 13:00;
Məkan: “Qüsursuz Nitq” mərkəzi (45-ci məhəllə);
Əlaqə nömrəsi: (050) 288-32-32.
Qeyd edək ki, görüşə öncədən yazılmaq lazımdır. Yerlər məhduddur.