Sumqayıtda “Kinomaniya” layihəsi çərçivəsində film nümayiş olunacaq. Sumqayıt24 bu barədə 15 noyabr tarixində Gənclər Evinə istinadən xəbər verir.
“Adaletin kılıcı” filmi noyabrın 16-sı saat 14:00-da Gənclər evində nümayiş olunacaq. Gənclər filmi izləmək üçün link vasitəsilə qeydiyyatdan keçə bilərlər. İştirakçılar film izləməklə yanaşı, əyləncəli yarışmalara qatılaraq hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.