top
Hitlerin göz dikdiyi Sintetik Kauçuk Zavodu
19 iyun 2022, 07:00
- ↺ +

Hitlerin göz dikdiyi Sintetik Kauçuk Zavodu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zavod Sumqayıt şəhərinin Səməd Vurğun küçəsində inşa edilib. Sənaye obyektinin əsası 1935-ci ildə Bakıda qoyulmuşdu, lakin sonradan Sumqayıtda inşa edilməsinə qərar verilmişdi. Zavodun tikintisi 1939-cu ildə başladı. Böyük Vətən müharibəsi başlayan zaman sənaye obyektinin inşası dayandırıldı və 1944-1945-ci illərdə bərpa edildi. Qələbə çalacağına əmin olan Hitler hətta Sintetik Kauçuk Zavoduna Xayo Eylers adlı bir şəxsi direktor təyin etmişdi.

Sintetik Kauçuk Zavodu 1952-ci ildə istifadəyə verilmişdir. Burada Avropada ilk dəfə olaraq sintetik etil spirti və kauçuk istehsalına başlanılmışdır. Həmçinin SSRi-də ilk dəfə olaraq zavodda neft qazlarının emalı əsasında sintetik etil spirti alınmağa başlamışdı.

Sintetik kauçuk zavodunun istehsal etdiyi süni kauçuk təbii kauçuk istehsalından 3-4 dəfə ucuz başa gəlirdi. 1950-1960-cı illərdə SSRİ-də ən ucuz etil spirti bu zavoda məxsus idi. 1952-1975-ci illər ərzində zavodun istehsal etdiyi etil spirti 84 milyon ton buğdaya, 16 milyon ton kartofa qənaət etməyə imkan vermişdir.

1980-ci ildə  zavodun istehsal etdiyi 7 növ məhsula Dövlət Keyfiyyət Nişanı verilmişdir.

Zavodun 100 nəfərdən artıq işçisi SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuş, müəssisədə 10 nəfərdən çox elmlər namizədi, 1 nəfər Sosialist Əməyi Qəhrəmanı, 5 nəfər respublikanın Əməkdar səmərə­ləşdiricisi, 3 nəfər respublikanın Əməkdar mühəndisi fəaliyyət göstərmişdir.

Sovet dövründə Çinin Pekin, Mukden, Lançjou və başqa şəhərlərindən mühəndislər və texniklər bir ildən artıq Sumqayıtın Sintetik Kauçuk Zavodunda təhsil almış, burada istehsalat təcrübəsi keçmişlər. Həmçinin zavoda təcrübə yığmaq üçün Rumıniyadan, Çexoslovakiyadan (indiki Çexiya və Slovakiya) və SSRİ-nin digər şəhərlərindən də təcrübəçilər gəlirdilər.

2010-cu ildə  zavod Dövlət Neft Şirkətinin (SOCAR) tabeliliyinə verilmişdir. [modula id="17056"]

Mənbələr:


  1. Məmmədov R.S., Sadıqov H.Ş. Sumqayıt: tarixdən səhifələr (1930-2000). Sumqayıt-2010.

  2. Həmid Alıyev. Sumqayıt şəhərinin tarixi. Bakı-2011.

  3. З. Дулаева. Сумгаит-индустриальный гигант Азербайджана. Баку-1962.

  4. https://xeberle.com/cemiyyet/15018-sumqaytn-kimya-senayesinin-inkisafnda-xsusi-xidmetleri-olmus-insanlar-tanitim.html

  5. https://socar.az/socar/az/news-and-media/news-archives/news-archives/id/2176


 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtın yetişdirdiyi məşhur simalar

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
31 oktyabr 2026, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
31 oktyabr 2026, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
31 oktyabr 2026, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
31 oktyabr 2026, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
31 oktyabr 2026, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
31 oktyabr 2026, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
31 oktyabr 2026, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
31 oktyabr 2026, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
31 oktyabr 2026, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
31 oktyabr 2026, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
31 oktyabr 2026, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
31 oktyabr 2026, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
31 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
30 oktyabr 2026, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
30 oktyabr 2026, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
30 oktyabr 2026, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
30 oktyabr 2026, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
30 oktyabr 2026, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
30 oktyabr 2026, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
30 oktyabr 2026, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
30 oktyabr 2026, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Oxşar xəbərlər