Sumqayıtda “Hədəf” Şirkətlər Qrupunun təşəbbüsü ilə əmək yarmarkası keçiriləcək. Bu haqda 1 mart tarixində Sumqayıt24 Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir.
Yarmarkada 20 müəssisə tərəfindən 120-dən artıq vakansiyanın çıxarılması nəzərdə tutulub. Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
Namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. İşaxtaranların CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Tarix: 2 mart;
Saat: 10:00 – 13:00;
Ünvan: Sərvər Bədəlbəyli küçəsi, 245 (“Hədəf” kursları Sumqayıt filialının inzibati binası).