G
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Sumqayıt şəhərində əmək yarmarkası keçiriləcək. Sumqayıt24 bu barədə 29 oktyabr tarixində Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir.
Yarmarkada “SOCAR Petroleum” QSC-də aşağıda qeyd olunan vakansiyalar üzrə işə qəbul olmaq istəyən şəxslər müraciət edə bilərlər:
- Yanacaqdoldurma stansiyasının operatoru;
- Elektrik montyoru;
- Xadimə;
- Yardımçı fəhlə.
Namizədlərin şəxsiyyət vəsiqəsi və CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. CV olmadığı halda, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (
www.cvyarat.az) yararlanmaq mümkündür.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
İş yarmarkası keçiriləcək ünvan və tarix:
- Sumqayıt şəhəri, 9-cu mikrorayon, Z.Hacıyev, 64. (Abşeron-Xızı RMF-nin inzibati binası).
- 2 noyabr saat 10:00 – 13:00.