Sumqayıtda əmək yarmarkası keçiriləcək. Sumqayıt24 bu haqda 6 iyun tarixində xəbər verir.
Yarmarka Abşeron–Xızı Regional Məşğulluq filialında təşkil olunacaq. Namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Həmçinin CV nümunəsi ilə birlikdə gəlmək arzuolunandır.
Tarix: 7 iyun.
Vaxt: 10:00-13:00.