Sumqayıtda kitab satış sərgisi təşkil olunub. Sumqayıt24 bu haqda 14 may tarixində xəbər verir.
Sərginin rəsmi açılış mərasimi saat 12:00-da baş tutacaq. Bu səbəbdən səhər saatlarından etibarən, şəhərin kitabsevər sakinləri “Kimyaçı” Mədəniyyət Sarayının önünə toplaşıb. Burada müxtəlif dillərdə, janrlarda olan çox sayda kitab münasib qiymətə satılır. Bununla yanaşı iştirakçılar üçün rəsm qalereyası da nümayiş olunacaq.
Qeyd edək ki, sərgi sabah da keçiriləcək və 19:00-a kimi davam edəcək.
[modula id="14976"]
İzləyicilərimizə baş tutacaq tədbirin proqramını təqdim edirik:
[modula id="14979"]