Sumqayıtda “Sağlam gələcək naminə - Narkomaniyaya yox deyək!” adlı görüş keçiriləcək. Bu barədə 12 oktyabr tarixində şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.
Tədbir 2 saylı Sumqayıt Regional "ASAN xidmət" Mərkəzində oktyabrın 13-ü saat 15:00-da baş tutacaq.
Layihə şəhər Gənclər və İdman Baş İdarəsinin və adıçəkilən mərkəzin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.