İdarəetmə qurumlarının rəhbərləri Sumqayıtda görüş keçirəcəklər. Sumqayıt24 bu haqda 27 fevral tarixində xəbər verir.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli martın 7-də Sumqayıt, Abşeron, Xızı, Qubadlı və Zəngilan sakinlərini qəbul edəcək. Gənclər və idman naziri Fərid Qayıbov isə 13 mart tarixində Sumqayıt və Qubadlı vətəndaşları ilə görüşəcək.
Onu da qeyd edək ki, Sumqayıt sakinləri elm və təhsil naziri Emin Əmrullayevin Abşeronda keçiriləcək qəbuluna (15 mart) da qatıla bilərlər.
Vətəndaşlarla görüşlər saat 10:00-da başlayır.