Sumqayıtda əmək yarmarkası keçiriləcək. Sumqayıt24 bu haqda 31 may tarixində xəbər verir.
Tədbir Abşeron-Xızı Regional Məşğulluq filialı və "Baku Electronics" tərəfindən təşkil olunacaq. Yarmarkaya gələn namizədlər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər. Həmçinin CV nümunəsi gətirmələri də arzuolunandır.
Tarix: 3 iyun.
Vaxt: 10:00 – 13:00.
Ünvan: Z. Hacıyev, 64 (Abşeron-Xızı Regional Məşğulluq filialının binası).