Sumqayıtda “Playstation” üzrə yarış keçiriləcək. Bu barədə 8 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Əyləncə saatı Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı tərəfindən təşkil olunacaq. “PES 2013” futbol oyununda qalib gələnlərə mükafatlar veriləcək. İştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır (say limitlidir).
Tarix: 10 sentyabr;
Vaxt: 12:00;
Məkan: “Cənub Playstation”, 9-cu mikrorayon (SDU-nun əsas korpusunun yanı);
Əlaqə: (050) 635-58-44.