Sumqayıtda "Davranış Pozuntusu" mövzusunda seminar keçiriləcək. Sumqayıt24 bu barədə 31 oktyabr tarixində “Qüsursuz Nitq” mərkəzinə istinadən xəbər verir.
Psixoloq Züleyxa Burcəliyeva tərəfindən keçirilən təlim sözügedən mərkəzdə baş tutacaq. Seminarda davranış pozuntusundan əziyyət çəkən uşaqların valideynləri, psixoloq tələbələr və mütəxəssislər, psixologiya ilə maraqlanan hər kəs ödənişsiz şəkildə iştirak edə bilər. Öncədən qeydiyyat mütləqdir.
Ünvan: 45-ci məhəllə, (Heydər Əliyev prospekti ilə C. Cabbarlı küçəsinin kəsişməsi).
Əlaqə nömrəsi: (050) 288 32 32.