Novxanı qəsəbəsində “Açıq mikrofon” aksiyası keçiriləcək. Sumqayıt24 bu barədə 22 noyabr tarixində Qaz İstismar Sahəsinə istinadən xəbər verir.
Toplantı 24 noyabr saat 11:00-da Novxanı Bələdiyyəsinin akt zalında baş tutacaq. SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə keçirəcəyi aksiya çərçivəsində sahibkarlarla görüş təşkil olunacaq. Sahibkarlar qeyd olunan ünvana yaxınlaşaraq problem və təkliflərini bildirə bilərlər.