“Yuxu” antikafesində şahmat turniri keçiriləcək. Sumqayıt24 bu haqda 1 dekabr tarixində xəbər verir.
Yarışın qalibi məkanda təşkil olunacaq növbəti konsertə pulsuz bilet qazanacaq. Turnir 2 dekabr saat 18:00-da başlayacaq və üç saat davam edəcək. Giriş 3 AZN (çay, şirniyyat, kofe, 40+ oyunlar pulsuz) təşkil edir.
Qeyd edilən vaxtda “Yuxu”ya (Kamil Hüseynov küçəsi, 3A) gələrək mübarizəyə qoşula bilərsiniz.