MBA proqramı ilə bağlı vebinar baş tutacaq. Sumqayıt24 bu haqda 6 iyun tarixində xəbər verir.
Sözügedən magistratura layihəsi Sumqayıt Dövlət Universiteti və SABAH.HUB tərəfindən təşkil olunub. 7 iyun saat 19:00-da “Zoom” vasitəsilə keçiriləcək vebinarda proqram haqqında, onun üstünlükləri və karyera imkanları barədə məlumat veriləcək.
Çıxış edəcəklər: İqtisadiyyat və idarəetmə fakültəsinin baş müəllimi Nihad Hüseynov və SABAH.HUB-ın proqram meneceri Amina Məlikova.
Qeydiyyat linki: https://forms.gle/LTepgjj1kVyqUsPt8.