top
Sum və Ceyran əfsanəsi
14 avqust 2021, 01:31
- ↺ +

"Sum və Ceyran" əfsanəsi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əfsanəyə görə bir vaxtlar indiki Sumqayıt şəhərinin yerində böyük səhralıq olub. Günlərin bir günü uzaq ellərdən gələn dəvə karvanı bu yerdən keçir. Sum adlı bir gənc və onun sevgilisi Ceyran da həmin karvanda idilər.

Karvanda hamının su ehtiyatı qurtarır və çox susuzlayan adamlar səhrada içməyə su tapa bilmirdilər. Əlacsız qalaraq onlar qumu qazmağa, su axtarmağa başlayırlar. Birdən Sum ğözlərini qaldırır və uzaqda olan bir qayaya işarə edir. Həmin bu qaya səhraya gələn suyun qabağını kəsirdi. Yoldaşlarının və sevgilisinin əzab-əziyyətinə tab gətirə bilməyən Sum suyun qabağını kəsən daşı aşıracağını deyir, onlarla vidalaşıb yola düşür. Bunu eşidən Ceyran sumun ardınca ağlar səslə pıçıldayır - Sum, qayıt! … Sum, qayıt! … Sum, qayıt!…

Susuzluqdan və yorğunluqdan taqətsiz hala düşmüş adamlar ümidlə Sumun nəhəng qayanı yerindən tərpətməyini gözləyirdilər. Ceyran isə gözlərini Sumun getdiyi istiqamətdən çəkmirdi. Bu zaman qəflətən dəhşətli bir nərə səsi səhraya yayılır, göy guruldayır, ildırım çaxır. Suyun qabağını kəsən qayanı Sum ikiəlli yapışıb göyə qaldırır. Qabağı uzun müddət tutulmuş su, qayanı başının üstünə qaldırmış Sumun üzərinə cumur, onu yerə sərir və qaya Sumun üstünə düşür. Gur su axını qayanı da, Sumu da səhraya tərəf aparır.

Uzaqdan gələn suyun gurultulu səsini eşidən adamların sevinc səsləri ətrafa yayılır. Lakin biraz sonra onlar xilaskarı axtarmağa başlayırlar və Sumun əzilmiş, parçalanmış cəsədini qayanın altında tapırlar. Sevgilisini itirən Ceyran Sumun bədənindən ayrılmış əlini suyun burulğanında gah batan, gah da üzə çıxan görür və dözməyib özünü suya atıb həlak olur.

Rəvayətə görə, həmin vaxtdan adamlar bu yerləri Sumqayıt, Ceyranın həlak olduğu yeri isə Ceyranbatan, zirvəsində əli qalmış dağı isə Beşbarmaq adlandırdılar.

 

Mənbələr:


  1. Məmmədov R.S., Sadıqov H.Ş. Sumqayıt: tarixdən səhifələr (1930-2000). Sumqayıt-2010.

  2. Ф.Алиев. Город юности на Каспии. Азернешр-1962.

  3. Березин И. Путешествие по Дагестану и Закавказью. Казань, 1849.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtın yetişdirdiyi məşhur simalar

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
31 oktyabr 2026, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
31 oktyabr 2026, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
31 oktyabr 2026, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
31 oktyabr 2026, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
31 oktyabr 2026, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
31 oktyabr 2026, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
31 oktyabr 2026, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
31 oktyabr 2026, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
31 oktyabr 2026, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
31 oktyabr 2026, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
31 oktyabr 2026, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
31 oktyabr 2026, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
31 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
30 oktyabr 2026, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
30 oktyabr 2026, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
30 oktyabr 2026, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
30 oktyabr 2026, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
30 oktyabr 2026, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
30 oktyabr 2026, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
30 oktyabr 2026, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
30 oktyabr 2026, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Oxşar xəbərlər