Sumqayıtda “Kənd təsərrüfatı mallarının sertifikatlaşdırılması və ixracı” mövzusunda təlim keçiriləcək. Bu barədə 26 sentyabr tarixində KOB İnkişaf Agentliyinə istinadən xəbər veririk.
KOBİM tərəfindən sahibkarlar üçün təşkil olunan seminar sentyabrın 28-i saat 12:00-da baş tutacaq. İştirak ödənişsizdir.
Əlaqə nömrəsi: (055) 209 30 75.
Ünvan: Heydər Əliyev prospekti, 36-cı məhəllə (Mərkəz Plaza, 5-ci mərtəbə).