Sumqayıt KOBİM növbəti təlim keçirəcək. Bu barədə 20 sentyabr tarixində KOB İnkişaf Agentliyinə istinadən məlumat veririk.
Seminar sentyabrın 22-si saat 12:00-da baş tutacaq. “Antikorrupsiya və etik davranış qaydaları” mövzusunda keçirilən seminar KOBİM-in eksperti tərəfindən keçiriləcək. İştirak ödənişsizdir.
Əlaqə nömrəsi: (055) 209 30 75.