“Stansiya Sumqayıt" yaşayış massivində mağaralar tapılıb. Sumqayıt24 bu barədə “Artefakt Ovçuları” adlı Facebook səhifəsinə istinadən xəbər verir.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran və Salyan Regional idarələrinin heyət və mütəxəssisləri ərazidə monitorinq həyata keçiriblər.
Lakin mağara kompleksinin təyinatı tam bəlli olmayıb (alim rəyi olmalıdır). O, quruluşuna görə Qobustan ərazisindəki Sündü, Nərimankənd və Qalacıq mağaraları ilə eynilik təşkil edir.
Yerli sakinlərin sözlərinə görə, burada qədim Karvansarayın qalıqları da mövcuddur. [modula id="25498"]