Sumqayıt Dövlət Dram Teatrı maraqlı layihə gerçəkləşdirəcək.
Sumqayit24.az xəbər verir ki, "BİR KİTAB - BİR TAMAŞA" adlı bu tədbir Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə 13 fevral saat 18:00-da başlayacaq.
Belə ki, layihə çərçivəsində kitab bağışlayan tamaşaçı "Ocaq" tamaşasına dəvətnamə əldə edəcək. Məqsəd yığılan kitabların hesabına teatrda kitabxana formalaşdırmaqdır.
Qeyd edək ki, Turqut Özakmanın yazdığı "Ocaq" tamaşasına Xalq artisti Firudin Məhərrəmov quruluş verib.