top
Sumqayıt və Aktau arasında fiber-optik kabel xətti ÇƏKİLƏCƏK
06 avqust 2025, 01:47
- ↺ +

Sumqayıt və Aktau arasında fiber-optik kabel xətti ÇƏKİLƏCƏK

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt (Azərbaycan) və Aktau (Qazaxıstan) arasında Trans-Xəzər Fiber-Optik Kabel Xətti layihəsi çərçivəsində Xəzər dənizinin dibi ilə fiber-optik kabel xətti çəkiləcək.

Sumqayit24.az xəbər verir ki, Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin mühüm komponenti olan Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin tikintisi üzrə dəniz marşrutunun tədqiqatına başlanılıb.

Dəniz marşrutunun tədqiqatı sahilyanı ərazilərin təhlili və dəniz dibinin detallı araşdırılması mərhələlərini əhatə edəcək. Tədqiqat strateji əhəmiyyətə malik layihənin inşası üçün ən qısa, təhlükəsiz və ekoloji cəhətdən dayanıqlı marşrutun müəyyənləşdirilməsinə imkan verəcək. Azərbaycan və Qazaxıstanda paralel olaraq başlayan tədqiqat işləri dörd həftəyə qədər davam edəcək.

Sumqayıt (Azərbaycan) və Aktau (Qazaxıstan) arasında Xəzər dənizinin dibi ilə 380 kilometr uzunluğunda fiber-optik kabel xətti çəkiləcək. Planlaşdırılan 400 Tbit/s ötürmə qabiliyyəti ilə bu sualtı rabitə xətti böyük həcmdə məlumat ötürülməsini təmin edəcək. Tikinti işlərinin 2026-cı ilin sonunadək tamamlanması planlaşdırılır.

Qeyd edək ki, layihənin icraçıları Azərbaycanın “AzerTelecom” və Qazaxıstanın “Kazakhtelecom” şirkətləridir. Texniki nəzarət və məsləhət dəstəyi ABŞ-ın “Pioneer Consulting” şirkəti tərəfindən təmin edilir.

Trans-Xəzər Fiber-Optik Kabel Xətti müxtəlif ölkələr, o cümlədən Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya dəhlizi olan “Rəqəmsal İpək Yolu” layihəsinin önəmli hissəsidir. Bu rəqəmsal infrastruktur məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edən ən optimal və qısa marşrut olmaqla ölkələr arasında regional əməkdaşlığa və dayanıqlı inkişafa təkan verəcək.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
Bu gün, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
Bu gün, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
Bu gün, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
Bu gün, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
Bu gün, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
Bu gün, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
Bu gün, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
Bu gün, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
Dünən, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
Dünən, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
Dünən, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
Dünən, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:00

SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalandı

İdman
Dünən, 12:30

Sumayıtlı boksçu dünya üçüncüsü oldu

Bütün xəbərlər
Dünən, 11:45

Bakıətrafı ərazilərdə dəmiryol stansiyalarının sayı artırılır: Siyahıda Saray da var

Oxşar xəbərlər