top
Sumqayıt yolundakı qaranlıq tarixi olan monument
27 noyabr 2022, 06:00
- ↺ +

Sumqayıt yolundakı qaranlıq tarixi olan monument

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıdan Sumqayıta gələn zaman bir çoxlarınız yolun kənarında yerləşən monumenti görübsünüz. Lakin əksəriyyət onun kimə və nəyə həsr olunduğunu bilmir. Sumqayıt24 həmin abidənin qaranlıq tarixi bərədə izləyicilərə xəbər verir.

1990-cı ildə Azərbaycanda 20 Yanvar qətliamının səbəbkarı - sovet hakimiyyəti yanvarın 24-də daha bir cinayət törətmişdir. Həmin gün Sumqayıt-Bakı magistral yolunun 24-cü kilometrində, Ceyranbatan qəsəbəsi ərazisində sovet tankçıları beş kimyaçı alimin Sumqayıtdakı iş yerlərinə getdiyi maşını əzərək, üstündən keçmişdir.

İki gün öncə, yanvarın 22-də kimya elmləri doktorları: İbrahim İbrahimov, İsmayıl Mursaqulov, İdris Əhmədov, Parlaq Mustafayeva və Svetlana Məmmədova sovet rəhbərliyinə qarşı Prezident Aparatı qarşısında keçirilən etiraz mitinqində iştirak etmişdirlər. Hətta İbrahim İbrahimov çıxışında sovet hakimiyyəti və Bakıda günahsız insanların qətlə yetirilməsi ilə bağlı kəskin etirazını və nifrətini bildirmişdi.

Hadisə günü alimlər Sumqayıtdakı iş yerlərinə iclasa çağırılmışdılar. Onlar Xırdalanı keçib, Ceyranbatana yaxınlaşanda professor İbrahim İbrahimovun idarə etdiyi “Jiquli” markalı maşınında nasazlıq yarandığından sürətini azaldaraq dayanıb. İbrahimov və Əhmədov maşından düşərək mühərriki yoxlayıb, maşını birtəhər yenidən işə salıblar. 20-30 metr getdikdən sonra eyni hal baş verib: maşın yenidən dayanıb. Bu zaman tanklardan biri maşının üstünə irəliləyərək onları əzərək keçib.

İdris Əhmədov ağır yaralanmasına baxmayaraq, yoldan keçənlərin köməyi sayəsində ciddi xəsarət almış Parlaq xanımı və özünü Sumqayıtın Təcili Yardım Xəstəxanasına çatdıra bilib. Onlar uzun müddətli müalicədən sonra sağala bildilər.

Bu amansız qətl nəticəsində kimya elmləri doktorları İbrahim İbrahimov və Svetlana Məmmədova hadisə yerindəcə keçiniblər, İsmayıl Mursaqulov isə həkimlərin səylərinə baxmayaraq, üç gündən sonra vəfat edib.

İbrahim İbrahimov, Svetlana Məmmədova və İsmayıl Mursaqulov Bakının Şəhidlər xiyabanında dəfn olunublar. Sumqayıt şəhərinin Şəhidlər xiyabanında onların xatirə abidəsi ucaldılıb.

Ədəbiyyat:


  1. Qulu Kəngərli. Qara yanvar şəhidləri. Bakı-1992.

  2. 20 yanvar - Qan Yaddaşımız. Bakı-2020.

  3. http://sumqayit-ih.gov.az/az/news/325.html


[modula id="27606"]

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtın yetişdirdiyi məşhur simalar

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
31 oktyabr 2026, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
31 oktyabr 2026, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
31 oktyabr 2026, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
31 oktyabr 2026, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
31 oktyabr 2026, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
31 oktyabr 2026, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
31 oktyabr 2026, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
31 oktyabr 2026, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
31 oktyabr 2026, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
31 oktyabr 2026, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
31 oktyabr 2026, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
31 oktyabr 2026, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
31 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
30 oktyabr 2026, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
30 oktyabr 2026, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
30 oktyabr 2026, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
30 oktyabr 2026, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
30 oktyabr 2026, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
30 oktyabr 2026, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
30 oktyabr 2026, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
30 oktyabr 2026, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Oxşar xəbərlər