Sumqayıtda “Gələcəyin bacarıqları - Tənqidi düşüncə” adlı təlim təşkil olunacaq. Sumqayıt24 bu haqda 5 iyul tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinə istinadən xəbər verir.
Görüşdə 10-dan çox beynəlxalq təqaüd proqramının qalibi, Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərən sərbəst təlimçi Fərid Seyfullayev çıxış edəcək. O, “Sabit və inkişafa meyilli düşüncə tərzi”, “2025-ci il bacarıqları və Tənqidi düşüncə” kimi mövzular haqda danışacaq.
İştirak üçün qeydiyyat linki: https://bit.ly/3OIWIhE;
Tarix: 7 iyul;
Vaxt: 15:00;
Məkan: Sumqayıt Heydər Əliyev Mərkəzi.