Sumqayıtda dostlarınızla əylənə və yarışa biləcəyiniz yeni məkan açılıb. Bu barədə Sumqayıt24 xəbər verir.
Dəniz sahilində (“Priçal”-ın yaxınlığında) kvadrosikl sürmək üçün xüsusi bir yer ayrılıb. Burada böyüklər üçün 4, uşaqlar üçün isə 1 kvadrosikl mövcuddur. Balacalar üçün xüsusi sürət məhdudiyyəti qoyulur.
Qiymətlər 5 dəqiqə üçün 5 manat, 10 dəqiqə sürmək üçün isə 10 manat təşkil edir.
Qeyd edək ki, məkan gecəyarısınadək fəaliyyət göstərir. [modula id="19910"]