Sumqayıt yazarlarının Poeziya günü ilə əlaqədar görüşü keçiriləcək. Sumqayıt24 bu barədə 29 sentyabr tarixində Sumqayıt MKS-yə istinadən xəbər verir.
“Vətəni sözdə yaşadanlar” adlı gənc yazarlarla görüş sentyabrın 30-u saat 11:00-da Əli Kərim adına Poeziya Evində baş tutacaq. Tədbirdə Sumqayıtlı gənc yazarlardan Elvin İntiqamoğlu, Elşad Xaqan Davudoğlu, Gülnar Ümid, Ümid Abbas, Vüsal Ağa hərbi vətənpərvərlik mövzusunda şeirlərini iştirakçılara təqdim edəcəklər. Görüşdə iştirak etmək istəyən hər kəs dəvətlidir.