Sumqayıtda uşaqlar üçün master-klas keçiriləcək. Sumqayıt24 bu barədə 18 noyabr tarixində “art_studio_by_ayparaay” İnstagram səhifəsinə istinadən xəbər verir.
Ustad dərsi noyabrın 19-u “Sunny Cafe”də təşkil olunacaq. İştirakçılar köynəyin üzərində şəkil çəkə, və ya istənilən personajın heykəlini yarada bilərlər. Dərs zamanı uşaqlar lazım olan bütün ləvazimatlarla təmin olunurlar.
Qeydiyyat üçün “art_studio_by_ayparaay” səhifəsinə müraciət edə bilərsiniz.
Qiymət: 25 AZN.
Ünvan: Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 108.