Bu gün bütün dövlət muzeylərinə giriş ödənişsiz olacaq.
Sumqayit24.az xəbər verir ki, gün ərzində Sumqayit Tarix Muzeyi və Bayraq Muzeyi daxil, ölkənin müxtəlif bölgələrində yerləşən muzeylər və sərgi zalları hər kəs üçün açıq olacaq, müxtəlif ekskursiyalar və tematik tədbirlər keçiriləcək.
18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə təşkil olunan ödənişsiz giriş və tədbirlər, ictimaiyyətin muzeylərə marağını artırmaqla yanaşı, milli-mədəni dəyərlərimizin təbliği baxımından da mühüm əhəmiyyət kəsb edir.