top
Sumqayıtda qədim türk tayfasının damğası tapılıb
13 noyabr 2022, 23:07
- ↺ +

Sumqayıtda qədim türk tayfasının damğası tapılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda tarixi ovdan aşkarlanıb. Bu haqda 14 noyabr tarixində Sumqayıt24 xəbər verir.

Ovdanlar insanlar tərəfindən içməli suyun saxlanması, həm də təbii soyutma üçün istifadə olunub. Onların su mənbəyi yeraltı torpaq və yağış sularıdır. Belə tikililərdən biri “Yaşma bağları” ərazisində yerləşir. O, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin əməkdaşları tərəfindən tapılıb.

İki hissədən ibarət ovdan yaşayış məntəqəsindən bir qədər aralıda, düzənlik ərazidə yerləşir. O, 10 pilləkəndən ibarətdir. Ətrafında çoxsaylı saxsı fraqmentlərinə rast gəlinir.

Dövlət Xidmətinin Şabran Regional İdarəsinin rəisi Sabit Qurbanovun Apa.az-a dediyinə görə, ovdanın orta əsrlərə aid olduğu ehtimal edilir: “Eyni ilə bu ovdandan Xızı rayonunun Şurabad qəsəbəsində də var. Lakin Yaşmada yerləşən ovdanın özəlliyi, onun üzərində Qobustan, Səngəçal, Hacıqəbul, Siyəzən və Şamaxı ərazilərində tapılan bəzi Türk tayfa damğaları həkk olunub. Bu ovdanın üzərində 24 Oğuz boyundan biri olan Salur tayfasının damğası var. Bununla yanaşı, ovdanın üzərində insan fiquruna oxşayan damğa da aşkarlanıb. Bu damğalar noğayların istifadə etdiyi tayfa damğasıdır. Ümumiyyətlə abidənin üzərində altıyadək damğa mövcuddur. Buradakı damğalar Şimali Qafqazda tapılan damğalarla 70%-ə yaxın uyğunluq təşkil edir”.

İdarə rəisi bildirib ki, bəzi işbaz “qızıl axtaranlar” tikilinin ətrafında qanunsuz qazıntı işləri aparıblar. Bunula bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Yaxın vaxtlarda arxeoloqların iştirakı ilə ərazidə geniş tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı Minayə Feyzullayevanın sözlərinə əsasən, ovdanın mövcudluğu yaxınlıqda yaşayış məntəqəsinin olmasından, vaxtilə karvansarayın mövcudluğundan xəbər verir: “Ovdanın ətrafından saxsı fraqmentlərin tapılması, qədim daşların mövcud olması ərazinin karvan yolu üzərində yerləşdiyini deməyə əsas verir. Böyük ehtimal ki, burada karvansaray yerləşib, karvansarayda gecələyənlər ovdandan istifadə ediblər”. [modula id="26811"]

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtın yetişdirdiyi məşhur simalar

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
31 oktyabr 2026, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
31 oktyabr 2026, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
31 oktyabr 2026, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
31 oktyabr 2026, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
31 oktyabr 2026, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
31 oktyabr 2026, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
31 oktyabr 2026, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
31 oktyabr 2026, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
31 oktyabr 2026, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
31 oktyabr 2026, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
31 oktyabr 2026, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
31 oktyabr 2026, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
31 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
30 oktyabr 2026, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
30 oktyabr 2026, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
30 oktyabr 2026, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
30 oktyabr 2026, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
30 oktyabr 2026, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
30 oktyabr 2026, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
30 oktyabr 2026, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
30 oktyabr 2026, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Oxşar xəbərlər