Sumqayıt KOBİM növbəti seminarını təşkil edəcək. Bu barədə 27 sentyabr tarixində KOB İnkişaf Agentliyinə istinadən xəbər veririk.
KOBİM eksperti Əli Şükürlü tərəfindən keçirilən təlim “Maliyyənin idarə olunması” mövzusunu əhatə edəcək. Seminar sentyabrın 30-u saat 10:00-da baş tutacaq. İştirak ödənişsizdir.
Əlaqə nömrəsi: (055) 209 30 75.