Sumqayıtda kitab təqdimatı keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, Beynəlxalq Əlillər Günü münasibətilə yazar Samir İmanovun “Arzularımın Rəqsi” adlı kitabının təqdimat mərasimi və imza günü olacaq.
Tədbirə yazıçı, şair və ədəbiyyatsevərlər, həmçinin ictimaiyyət nümayəndələri dəvətlidir. Samir İmanovun kitabı onun dərin mənalı, insanın daxili aləmini əks etdirən əsərləri ilə oxucuları tanış edəcək.
Təqdimat mərasimi 30 noyabr saat 15:00-da Sumqayıt Poeziya Evində təşkil olunacaq.