Abşeron–Xızı iqtisadi rayonunda ən çox ehtiyac duyulan vəzifələr açıqlanıb. Sumqayıt24 bu haqda 18 iyul tarixində Dövlət Məşğulluq Agentliyinə (DMA) istinadən xəbər verir.
Sözügedən iqtisadi rayona Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları daxildir. Burada 60 operator, 53 satıcı, 53 sürücü, 32 dərzi və 27 dəmirçi vakansiyası mövcuddur.
Vətəndaşlar yaşayış ünvanı üzrə Regional Məşğulluq filialına yaxınlaşaraq bilik, bacarıq və səriştələrinə uyğun iş tapa bilərlər.