Sumqayıt məktəblərində təhsil alan 7, 8 və 9-cu sinif şagirdləri üçün İsmayıllıda “Ekoloji Düşərgə” təşkil olunacaq. Bu haqda “Sağlam Düşüncə” Gənclər Təşkilatına istinadən xəbər veririk.
22-26 iyun tarixlərində keçiriləcək düşərgənin məqsədi ekoloji savadlılığı artırmaq və şagirdlərə yeni bilik və bacarıqlar qazanmağa imkan yaratmaqdır. Burada məktəblilər məişət tullantılarının azaldılması və idarə edilməsinə dair nəzəri və praktiki biliklər əldə edəcəklər. Həmçinin onlar qeyri-formal təhsil metodları ilə də tanış olacaq.
Ödənişsiz düşərgədə iştirak etmək istəyənlər 1 iyun saat 23:59-a dək likdə daxil olaraq qeydiyyatdan keçməlidir.
Qeyd edək ki, şagirdlər yataq tulumlarını və şəxsi əşyalarını özləri ilə gətirməlidir.
Əlaqə nömrəsi: (055) 823-72-90.