Qrosmeyster Şəhriyar Məmmədyarov xeyriyyə seansı keçirəcək. Sumqayıt24 bu haqda 10 dekabr tarixində Media.az-a istinadən xəbər verir.
Seans 11 dekabr tarixində, 3 nömrəli Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində (“Əhmədli” m/s yaxınlığında) təşkil olunacaq. İştirak haqqı 50 manatdır.
Toplanan vəsait ağır xəstəlikdən əziyyət çəkən məktəb müəllimi Xalid Atababayevin müalicəsinə yönləndiriləcək.
Qeydiyyatdan keçmək üçün (055) 512-82-10 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.