top
Sumqupt Hind karvanlarının dayanacağı
01 sentyabr 2021, 01:45
- ↺ +

"Sumqupt" Hind karvanlarının dayanacağı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tarixi ipək yolunun üstündə yerləşmiş Azərbaycana, dünyanın müxtəlif ölkələrindən tacirlər və səyyahlar gəlib-getmişlər. Ehtimal edilir ki, dəvə karvanları məhz indiki Sumqayıtın da ərazisindən keçirdilər.

XVII-XVIII əsrlərdə Azərbaycanla Hindistan arasında geniş ticarət əlaqələri olmuşdur. O zamanlar Hindistandan gələn dəvə karvanlarının indiki Sumqayıt şəhərinin ərazisində yerləşən karvansaraylarda dayandıqları ehtimal olunur. Axşamdan yem dalınca gedib uzaqlaşan dəvələrini səhərsi gün axtaran hindlilər qarşılarına çıxanlara "sumqupt, sumqupt" deyə müraciət edər, dəvələrin görüb-görmədiklərini onlardan soruşarmışlar. Hind dilində "sumq" sözü - "iz", "upt" isə - "dəvə" deməkdir. Bu səbəbdən də ehtimal var ki, "Sumqayıt" sözünün ilk variantı da elə "Sumqupt" olmuşdur.

"Sumqayıt şəhərinin tarixi" kitabında Həmid Alıyev Sumqayıtın adının hind mənşəyli "Sumqupt"-la əlaqələndirilməsini ermənilərin uydurması olduğunu qeyd etmişdir.

Şəhərin yaşlı sakinlərinin dediklərinə görə, əvvəllər Saray və Corat kəndlərindən keçən ticarət yolu camaat arasında "El yolu" adlanırmış. Buradan ağ neft və duz daşıyan dəvə karvanları keçərmiş. Karvanların gecələdikləri karvansaraylardan qalan nişanələri Sumqayıtda, Superfosfat zavodunun yaxınlığında axan, Sumqayıtçayın kənarında görmək olar.

Mənbələr:


  1. Məmmədov R.S., Sadıqov H.Ş. Sumqayıt: tarixdən səhifələr (1930-2000). Sumqayıt-2010.

  2. Həmid Alıyev. Sumqayıt şəhərinin tarixi. Bakı-2011.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtın yetişdirdiyi məşhur simalar

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
31 oktyabr 2026, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
31 oktyabr 2026, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
31 oktyabr 2026, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
31 oktyabr 2026, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
31 oktyabr 2026, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
31 oktyabr 2026, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
31 oktyabr 2026, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
31 oktyabr 2026, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
31 oktyabr 2026, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
31 oktyabr 2026, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
31 oktyabr 2026, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
31 oktyabr 2026, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
31 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
30 oktyabr 2026, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
30 oktyabr 2026, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
30 oktyabr 2026, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
30 oktyabr 2026, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
30 oktyabr 2026, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
30 oktyabr 2026, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
30 oktyabr 2026, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
30 oktyabr 2026, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Oxşar xəbərlər