Sumqayıtda Xalq şairi Ramiz Rövşənlə görüş təşkil olunacaq. Bu haqda 8 mart tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
“Onlar bir incidir” adlı görüş martın 17-si saat 16:00-da Sumqayıt Dövlət Dram Teatrında keçiriləcək.
Ramiz Rövşən Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Dünya Poeziya Hərəkatı (WPM) Koordinasiya Şurasının üzvüdür.