Sumqayıtda təmizlik aksiyası keçiriləcək. Sumqayıt24 bu haqda 16 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Tədbir Ümumrespublika Təmizlik Marafonu çərçivəsində 17 avqust saat 09:00-da başlayacaq. İməcilik zamanı Xəzər dənizinin sahili tullantılardan təmizlənəcək.
Hər kəs marafona dəvətlidir.