Sumqayıtda şahmat turniri keçiriləcək. Sumqayıt24 bu haqda 24 yanvar tarixində xəbər verir.
Həvəskar yarış “Yuxu” antikafesində təşkil olunacaq. Şahmatsevərlər 27 yanvar saat 18:00-da (3 saat davam edəcək) obyektə gələrək mübarizəyə qoşula bilərlər. Giriş çay, şirniyyat və qəhvə daxil 3 manatdır.
Qeyd edək ki, “Yuxu” Novxanı yolunda, “Xəzər” restoranı ilə üzbəüz yerləşir.