Sumqayıtda “Uşaq Paralimpiya Kuboku” uğrunda yarışlar keçirilib. Bu haqda 1 iyun tarixində Sumqayıt24 Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnir Paralimpiya İdman Kompleksində baş tutub. Yarışlarda sağlamlıq imkanları məhdud 100-dən çox uşaq iştirak edib. Paralimpiyaçılar 4 idman növündə (cüdo, üzgüçülük, stolüstü tennis, pauerliftinq) güclərini sınayıblar.
Rəsmi açılış mərasimində Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, ikiqat paralimpiya çempionu İlham Zəkiyev və icraçı direktor Eldar Babayev çıxış edərək, sağlamlıq imkanları məhdud uşaqlara uğurlar arzulayıblar.