Sumqayıt təhsil ocağı məktəblərarası basketbol yarışının qalibi olub. Bu haqda 15 aprel tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Təhsil İdarəsininə istinadən xəbər verir.
Turnir ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub. Qızlar arasında təşkil olunan yarışda 16 komanda arasında Sumqayıt şəhər 18 nömrəli tam orta məktəb 1-ci yerə layiq olub. Masazır kənd 2 nömrəli tam orta məktəb ilə Xırdalan şəhər 1 nömrəli tam orta məktəb müvafiq olaraq 2-ci və 3-cü yerləri tutub.
Yarışın sonunda qaliblər Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən kubok, medal və fəxri fərmanla təltif ediliblər.