Sumqayıtda veloyürüş keçirilib. Bu haqda bu gün, 11 iyul tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.
Yürüşə 70-dən artıq idmançı və həvəskar velosipedçilər qatılıblar. Veloyürüş “İdman hamı üçün” lahiyəsi çərçivəsində təşkil edilib.
Tədbir Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin və “Sumqayıt Velosiped İdman Klubu” MMC-nin birgə təşkilatçılığı ilə həyata keçirilib.