Azərbaycan Futbol Federasiyası Assosiasiyası (AFFA) İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sumqayit24.az xəbər verir ki, bu barədə federasiya məlumat yayıb.
U-13 Liqasında keçirilməli olan “Şağan” – “Sumqayıt City” oyunu meydan sahibləri təyin edilən vaxt meydanda olmadığına görə baş tutmayıb. Bu səbəbdən “Şağan” 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.