Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sumqayit24.az xəbər verir ki, Əvəzedicilər Liqasının 16-cı turu ilə bağlı bir sıra qərarlar qəbul olunub.
Qərara əsasən, “Sumqayıt-2” – “Neftçi-2” oyununun 76-cı dəqiqəsində “kimyaçılar”ın heyətində adı matçın protokolunda olmayan 44 nömrəli futbolçu Kənan Cavadlı meydançaya daxil olduğuna görə “gənclik şəhəri” təmsilçisinə texniki məğlubiyyət verilib (hesab 0:3 saxlanılır). “Sumqayıt-2” buna görə 400 manat cərimə edilib.