“Sumqayıt” klubunun baş məşqçisi legionerlərin aqibəti ilə bağlı yekun qərarı verməyib. Sumqayıt24 bu haqda 11 iyul tarixində Sportinfo.az-a istinadən xəbər verir.
Belə ki, “kimyaçılar” şənbə günü “Sabah”la yoxlama oyununda 2-1 hesabı ilə qələbə qazanıblar. Aleksey Baqa bu matçda moldovalı sağ cinah müdafiəçisi Aleksandr Belausov, qvineyalı vinger Ali Ture, qazaxıstanlı hücumameyilli yarımmüdafiəçi Rifat Nurmaqamet və türkiyəli hücumçu Rami Tekirdirə etimad göstərib. Lakin onların klubda qalıb-qalmayacağı hələ də sual altındadır.
Belaruslu mütəxəssis adları çəkilən futbolçuların ona lazım olub-olmadığını "Kəpəz"lə görüşdən sonra dəqiqləşdirəcək.