“Sumqayıt” futbol klubunun qapıçısı düşərgəni tərk edib. Sumqayıt24 bu haqda 28 iyun tarixində Sportinfo.az-a istinadən xəbər verir.
“Kimyaçılar” yeni mövsümün hazırlığına start veriblər. Lakin 3 ay öncə komandaya qayıtmış Andrey Popoviç məşqləri yarımçıq qoyub. Onun düşərgədən ayrılma səbəbləri məlum deyil.
Onunla ötən mövsümün sonunadək müqavilə imzalamışdı. Razılığa əsasən, sözləşmənin müddəti sonradan daha 1 il uzadılacaqdı.
Xatırladaq ki, Popoviçə həddindən artıq spirtli içki qəbul etdiyinə görə xəbərdarlıq edilmişdi.