“Sumqayıt” futbol klubu səfərdə “Qəbələ” ilə heç-heçə oynayıb. Oyun Qəbələ şəhər stadionunda keçirilib.
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunu 1-1 hesabı ilə bitib. İlk qolu meydan sahiblərinin oyunçusu İsnik Alimi (18’) vurub. Bərabərlik qolu isə matçın 82-ci dəqiqəsində, penaltidən gəlib. Komandamızın formasında debüt edən Araz Abdullayev adını tabloya yazdırıb.
Qeyd edək ki, “Sumqayıt” ilk oyunda 1-0 hesablı məğlubiyyətə görə yarımfinala adlaya bilməmişdir.