Sumqayıtlı boksçuların gənclər arasında Avropa birinciliyindəki rəqibləri açıqlanıb. Sumqayıt24 bu haqda bu gün, 14 aprel tarixində Boks Federasiyasına istinadən xəbər verir.
Yarışın ilk günündə 1/16 finalda Kamil Babayev (54 kq) gürcüstanlı Davit Çaparidze ilə üz-üzə gələcək. 15 aprel tarixində isə 1/8 finalda Kənan Babayev (48 kq) türkiyəli Telet Yağlı ilə qarşılaşacaq.
Bolqarıstanın paytaxtı Sofiyada 7 gün davam edəcək Avropa birinciliyində 39 ölkədən 400-dən çox boksçu iştirak edir.