Sumqayıtlı gənc güləşçi gənclər və idman baş idarəsinin rəisi ilə görüşüb. Sumqayıt24 bu haqda 21 iyun tarixində idarənin Facebook səhifəsinə istinadən xəbər verir.
Elvin İbadov Rumıniyanın Buxarest şəhərində keçirilən yunan-Roma güləşi üzrə Avropa çempionatında gümüş medal qazanıb. Bu münasibətlə onu qəbul edən baş idarənin rəisi Elgün Hümbətov idmançını təbrik edib, daha yüksək nəaliyyətlərə imza atmasını arzulayıb.