Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V turun oyunları keçirilib.
Sumqayit24.az xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində "Gənclər" klubu "Azərreyl" ilə qarşılaşıb. Matç sonuncunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları yanvarın 17-i və 18-də baş tutacaq.